Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 77,71 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,38 dollar (0,49%) çoxdur.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda mart ayı üçün WTI neftinin qiyməti bu vaxta qədər 0,29 dollar (0,4%) artaraq bir barelə görə 72,57 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri 1,54 dollar (2,1%) azalaraq bir barel üçün 72,28 dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!