Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 80,84 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,29 dollar (0,36%) çoxdur. Çərşənbə günü bu müqavilələr 1,95 dollar (2,4%) ucuzlaşaraq 80,55 dollar/barel olub.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda mart ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,3 dollar (0,4%) artaraq bir barelə görə 76,15 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə görə, bu müqavilələrin qiyməti 1,97 dollar (2,5%) ucuzlaşaraq 75,85 dollar/barel təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!