Dünya bazarlarında neftin qiyməti artıb | Banco.az

Dünya bazarlarında neftin qiyməti artıb

Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri 0,1 dollar (0,14%) artaraq bir barel üçün 73,38 dollar olub. Cümə axşamı bu kontraktların qiyməti 0,45 dollar artaraq 73,28 dollar/barel olub.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI neftinin yanvar fyuçerslərinin kotirovkaları bu vaxta qədər 0,43 dollar (0,63%) artaraq 69,15 dollar/barelə çatıb. Bir gün əvvəl ABŞ-da Şükran Günü ilə əlaqədar WTI ticarəti keçirilmədi.