Dünya bazarlarında neftin qiyməti artıb | Banco.az

Dünya bazarlarında neftin qiyməti artıb

Müəllif:Mehin Qasımova/Banco.az

Dünya bazarında neft bahalaşmaqda davam edir.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı iyun fyuçerslərinin qiyməti 0,11 dollar (0,12%) artaraq 1 barelə görə 90,59 dollar olub. Çərşənbə günü Brent 1,06 dollar (1,2%) bahalaşaraq 90,48 dollar/barelə çatıb.

Bu vaxta qədər Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda WTI markalı neftin may fyuçersləri 0,1 dollar (0,12%) bahalaşaraq bir barelə görə 86,31 dollar təşkil edib. Əvvəlki sessiyada  fyuçerslərinin qiyməti 0,98 dollar (0,1%) artaraq 86,21 dollar/barel olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram