Dünya bazarlarında neftin qiyməti 80 dolları üstələdi | Banco.az

Dünya bazarlarında neftin qiyməti 80 dolları üstələdi

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti 80 dolları keçib.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti qlobal enerji böhranının dərinləşməsi və tələbin hasilatı üstələyəcəyinə dair proqnozların fonunda ötən 3 ildən sonra ilk dəfə 80 dollardan bahalaşıb.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,9% bahalaşdıqdan sonra hazırda bir bareli 76.10 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında 0,8% dəyər qazanmaqla bir bareli 80.19 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, OPEC bu gün "Dünya Neft Görünüşü" hesabatını yayımlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et