Dünya bazarlarında neft yenidən bahalaşır | Banco.az

Dünya bazarlarında neft yenidən bahalaşır

Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin kotirovkaları  0,4 dollar (0,5%) artaraq bir barel üçün 85,66 dollar olub. Bir gün əvvəl onların qiyməti 0,79 dollar (0,9%) artaraq 85,26 dollar/barelə çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində avqust ayı üçün WTI neftinin fyuçersləri səhər saatlarında 0,47 dollar (0,6%) bahalaşaraq 82,21 dollara çatıb. Cümə axşamı bu müqavilələrin dəyəri 0,84 dollar (1%) artaraq sessiyanın yekununda bir barel üçün 81,74 dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et