Dünya bazarlarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarlarında neft ucuzlaşıb

Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin dəyəri  86,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,77 dollar (0,88%) azdır. Cümə günü bu müqavilələr bir barel üçün 0,18 dollar (0,2%) artaraq 87,29 dollar olub.

Banco.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI neftinin may fyuçerslərinin qiyməti bu dəfə 0,7 dollar (0,84%) ucuzlaşaraq bir barelə görə 82,44 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə əsasən, bu müqavilələrin dəyəri 0,41 dollar (0,5%) artaraq bir barel üçün 83,14 dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram