Dünya bazarlarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarlarında neft ucuzlaşıb

Neft qiymətləri əvvəlki sessiyada 3%-dən çox sıçrayışdan sonra cümə günü ticarətdə bir qədər azalıb.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti, bir barel üçün 81,40 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,23 dollar (0,28%) aşağıdır. Cümə axşamı bu kontraktlar 2,42 dollar (3,1%) artaraq 81,63 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda mart ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,16 dollar (0,21%) ucuzlaşaraq bir barelə görə 76,06 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri 2,36 dollar (3,2%) artaraq bir barel üçün 76,22 dollar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram