Dünya bazarlarında neft ucuzlaşdı | Banco.az

Dünya bazarlarında neft ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti ABŞ-ın xam neft anbarlarının yerləşdiyi əsas mərkəzlərdən biri olan Oklahama ştatının Kaşinq şəhərindəki ehtiyatların kritik səviyyədə azalması fonunda ucuzlaşsa da, axırıncı dəfə ehtiyatlar bu səviyyəyə çatdıqda qiymətlər sürətlə bahalaşmışdı.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,7% ucuzlaşmaqla hazırda bir bareli 81.94 dollara satılır.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 0,9% dəyər itirərək bir bareli 83.96 dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et