Dünya bazarlarında misin qiyməti bahalaşıb | Banco.az

Dünya bazarlarında misin qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında misin qiyməti altı aydan sonra ilk dəfə 9 min dollardan bahalaşıb.

Banco.az xəbər verir ki, misin qiyməti ABŞ-da inflyasiyanın yavaşlamağa davam edəcəyi gözləntiləri ilə iyun ayından bəri ilk dəfə bir ton üçün 9000 dolları keçib.

Sənayenin əhəmiyyətli metallarından biri olan misin qiymətində ötən 2 ay ərzində bərpa tendensiyası müşahidə olunur. FED-in faiz artımını yavaşlatacağına dair proqnozlar və Çinin sərt Kovid-19 məhdudiyyətlərini yumşaltması və mənzil sektoru üzrə təşviqlər qiymətlərin bərpasına təsir göstərib.

London Metal Birjasında mis 1,1 faiz bahalaşaraq bir tonu 9007,50 dollara satılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram