Dünya bazarları Rusiyada neft hasilatının azalmasından narahatdır | Banco.az

Dünya bazarları Rusiyada neft hasilatının azalmasından narahatdır

Müəllif - Aida İsaq, Banco.az

Dünya bazarları Rusiyada neft hasilatının azalması ilə bağlı narahatlıq hissi keçirir.

Banco.az xəbər verir ki, bu barədə Fransanın “Les Echos” qəzeti yazıb. Məlumata görə, artıq neft bazarında yüksək dalğalanmalar səviyyəsi qeydə alınıb. Eyni zamanda bazarda yanacağın qiymət bazarda təklifinin azalması fonunda artmağa başlayıb. Bununla yanaşı neftin qiymətinə ABŞ-ın ehtiyatları artırmaq üçün xammal almağa başlamaq qərarı da öz təsirini göstərib.

Qeyd edək ki, daha öncəki məlumatlarda bildirilirdi ki, əgər gələn il neftin qiyməti bir barel üçün 70 dollardan aşağı olarsa, Rusiya Maliyyə Nazirliyi dövlət ehtiyat fondunu dodlurmayacaq. Bu barədə açıqlama verən Rusiya Federasiyası Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanovun sözlərinə görə, hökumət qiymətdən və ya büdcənin doldurulmasına təsir edə biləcək digər amillərdən daha az asılı olmaq üçün addımlar atır. Bununla əlaqədar olaraq 2023-cü il üçün bir barelin qiyməti 70 dollar səviyyəsində müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et