Dünya bazarında neftin son qiyməti | Banco.az

Dünya bazarında neftin son qiyməti

Dünya bazarında neft bahalaşmaqda davam edir.

Banco.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,48 dollar və ya 0,50% artaraq bir barel üçün 96 dollara çatıb.

 

WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,73 dollar və ya 0,80% bahalaşaraq 92,03 dollar təşkil edib.

Ümumilikdə isə “Brent” bu həftə təxminən 7,1%, WTI isə 9,8% bahalaşıb və hər iki marka iyulun ortalarından bəri ən yüksək həftəlik artıma doğru gedir.