Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin dəyəri barel üçün 87,46 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,46 dollar (0,53%) çoxdur. Bazar ertəsi bu kontraktların qiyməti 0,29 dollar (0,3%) azalaraq, 87 dollar/barel olub.
Banco.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyun ayı üçün WTI fyuçerslərinin qiyməti bu vaxta qədər 0,46 dollar (0,56%) artaraq bir barelə görə 82,36 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə əsasən, bu müqavilələrin dəyəri 0,32 dollar (0,4%) azalaraq 81,9 dollar/barel təşkil edib. Bazarın bir gün əvvəl bağlandığı vaxt vaxtı başa çatan may fyuçersləri 0,29 dollar (0,4%) ucuzlaşaraq 82,85 dollar/barel olub.
Bizi sosial şəbəkələrdən izləyin!!