Dünya bazarında neftin qiyməti artıb | Banco.az

Dünya bazarında neftin qiyməti artıb

Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 78,16 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,17 dollar (0,22%) çoxdur. Bazar ertəsi bu müqavilələrin bir barelinin qiyməti 0,66 dollar (0,9%) artaraq 77,99 dollar olub.

Banco.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda mart ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 0,14 dollar (0,19%) artaraq bir barelə görə 72,92 dollar təşkil edib. Son sessiyanın sonunda onlar 0,5 dollar (0,7%) artaraq bir barel üçün 72,78 dollar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram