Müəllif:Mehin Qasımova, Banco.az
Neftin qiymətləri ötən həftə bahalaşdıqdan sonra bazar ertəsi səhər bir qədər ucuzlaşır.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,38 dollar (0,58%) ucuzlaşaraq 65,03 dollar/barelə bərabər olub. Ötən cümə günü bu müqavilələr bir barel üçün 0,88 dollar (1,4%) artaraq 65,41 dollar olub.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyun ayı üçün WTI markalı neftin fyuçersləri 0,31 dollar (0,5%) ucuzlaşaraq 62,18 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,87 dollar (1,4%) artaraq bir barel üçün 62,49 dollar təşkil edib.