Dünya bazarında neft ucuzlaşır | Banco.az

Dünya bazarında neft ucuzlaşır

ABŞ-İran danışıqlarında irəliləyiş barədə xəbərlər fonunda neft qiymətləri düşməyə davam edir.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında sentyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 0,70 dollar (0,98%) azalaraq barel üçün 70,87 dollara düşüb.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçersləri 0,71 dollar (1,04%) ucuzlaşaraq bir barel üçün 67,87 dollara düşüb. Əvvəlki sessiyada müqavilə 0,92 dollar (1,32%) ucuzlaşaraq bir barel üçün 68,58 dollara düşüb.