Dünya bazarında neft ucuzlaşır | Banco.az

Dünya bazarında neft ucuzlaşır

ICE Futures birjasında iyun ayı üçün Brent nefti üzrə fyuçerslərin qiyməti 1,05 dollar (1,07%) azalaraq bir barel üçün 97,43 dollara enib. Çərşənbə axşamı bu müqavilələr 3 dollar (3,1%) artaraq 98,48 dollara yüksəlmişdi.

Digər tərəfdən, New York Mercantile Exchange (NYMEX) platformasında iyun ayı üçün WTI xam nefti fyuçersləri elektron ticarətdə 0,68 dollar (0,76%) ucuzlaşaraq bir barel üçün 88,99 dollara düşüb. Əvvəlki sessiyada isə bu müqavilələr 2,25 dollar (2,6%) artaraq 89,67 dollara çatmışdı.

Bazar iştirakçıları siyasi faktorları da diqqətlə izləyir. Donald Trsmp bildirib ki, ABŞ İrana qarşı yeni hücumları hələlik təxirə salır, lakin İran limanlarına tətbiq olunan dəniz blokadası qüvvədə qalacaq.

Ekspertlərə görə, Yaxın Şərqdə gərginliyin davam etməsi və geosiyasi risklər neft qiymətlərində qeyri-sabitliyi qoruyur.