Çərşənbə axşamı neftin qiyməti ABŞ prezidenti Donald Trampın İsrail və İranın tam atəşkəs barədə razılığa gəldiyi barədə bəyanatından sonra ucuzlaşmağa davam edib .
Banco.az xəbər verir ki, bu inkişaf treyderlərin Yaxın Şərqdən qlobal bazara neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlarını azaldır ki, bu da bazarın əvvəlki günlərdə yüksəlməsinə səbəb olub.
Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 69,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 1,9 dollar (2,66%) aşağıdır. Bazar ertəsi bu müqavilələrin bir barelinin qiyməti 5,53 dollar (7,2%) ucuzlaşaraq 71,48 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində avqust ayı üçün WTI neftinin fyuçersləri 1,91 dollar (2,79%) ucuzlaşaraq 66,6 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 5,3 dollar (7,2%) azalaraq bir barel üçün 68,51 dollar olub.