Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,02 dollar yaxud 0,04% ucuzlaşaraq 46,54 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 0,09 dollar və ya 0,18% ucuzlaşaraq 49,15 dollar/barelə enib.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir.