Dünya bazarında neft ucuzlaşıb.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında mart ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,45 dollar (0,69%) az, barel üçün 65,14 dollar təşkil edib. Bazar ertəsi günü bu müqavilələr 0,29 dollar (0,4%) azalaraq barel üçün 65,59 dollara düşüb.
Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin mart fyuçerslərinin qiyməti 0,39 dollar (0,64%) azalaraq bir barel üçün 60,24 dollara düşüb. Əvvəlki sessiyada onların qiyməti 0,44 dollar (0,7%) azalaraq bir barel üçün 60,63 dollara düşüb.
Treyderlər ABŞ-dakı vəziyyətə diqqət yetirirlər. Burada soyuq hava şəraiti bir neçə bölgədə neft və qaz hasilatını iflic edib və Körfəz sahilindəki bir neçə neft emalı zavodunda əməliyyatları dayandırıb. "JPMorgan" analitikləri qar fırtınası səbəbindən ümumi istehsal itkisinin gündə təxminən 250.000 barel olduğunu təxmin edirlər. Lakin ekspertlər bu təsirlərin qısamüddətli olacağına inanırlar.
