Dünya bazarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarında neft ucuzlaşıb

Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 68,96 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,18 dollar (0,26%) aşağıdır.

Banco.az xəbər verir ki,çərşənbə axşamı bu kontraktların qiyməti 0,99 dollar (1,45%) artaraq 69,14 dollar/barelə çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində oktyabr ayı üçün WTI neftinin fyuçersləri 0,15 dollar (0,23%) ucuzlaşaraq bir barelə görə 65,44 dollar təşkil edir.

Əvvəlki sessiyanın sonunda onların dəyəri cümə gününün bağlanış səviyyəsindən 1,58 dollar (2,47%) artaraq 65,59 dollara çatıb.

Bazar ertəsi NYMEX-də əsas ticarət ABŞ-da tətil olduğu üçün keçirilməyib.

Bazar iştirakçıları geosiyasi xəbərləri izləməyə və ABŞ-ın yeni sanksiyalarını qiymətləndirməyə davam edirlər.