Dünya bazarında neft ucuzlaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dünya bazarında neft ucuzlaşıb

Cümə günü səhər neftin qiyməti ucuzlaşıb.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 68,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,38 dollar (0,55%) aşağıdır. Cümə axşamı bu kontraktların qiyməti 0,57 dollar (0,8%) artaraq 68,62 dollar/barelə çatıb.

Daha aktiv şəkildə satılan noyabr Brent müqavilələri ticarət zamanı bir barel üçün 0,39 dollara (0,57%) düşərək 67,59 dollara düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində oktyabr ayı üçün WTI neftinin fyuçersləri bu vaxta qədər 0,4 dollar (0,62%) azalaraq bir barelə görə 64,2 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,45 dollar (0,7%) artaraq bir barel üçün 64,6 dollar təşkil edib.

Bu həftənin əvvəlindən həm Brent, həm də WTI təxminən 0,8% bahalaşıb.