Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,72 dollar yaxud 1,48% ucuzlaşaraq 47,99 dollar/barel təşkil edib.
"Brent" markalı neft də 0,59 dollar və ya 1,14% ucuzlaşaraq 51,33 dollar/barelə düşüb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 54 dollar/barel olacağı gözlənilir.
Aşağıda WTI markalı neftin qiymətinin 1 gün ərzində necə dəyişdiyini görə bilərsiniz.