Müəllif:Mehin Qasımova,Banco.az
Neft qiymətləri ötən həftənin sonunda iyunun əvvəlindən bəri maksimal enişdən sonra bazar ertəsi düşməyə davam edir.
Banco.az xəbər verir ki, bazarın diqqəti ABŞ və Rusiya prezidentlərinin Alyaskada Ukrayna münaqişəsinin nizamlanmasının başlanğıcı olacağı gözlənilən elan edilmiş görüşünə yönəlib.
Brent markalı neftin fyuçersləri Londonun ICE Futures birjasında 0,39 dollar (0,59%) ucuzlaşaraq bir barel üçün 66,2 dollar olub. Cümə günü Brent 0,16 dollar (0,24%) bahalaşaraq 66,59 dollar/barel olub.
Bu vaxta qədər Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,5 dollar (0,78%) ucuzlaşaraq bir barelə görə 63,38 dollar təşkil edib. Əvvəlki sessiyada bu müqavilələrin dəyəri dəyişməyib, bir barel üçün 63,88 dollar səviyyəsində qalıb.
Ötən həftə Brent 4,4%, WTI 5,1% ucuzlaşıb.