Dünya bazarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarında neft ucuzlaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

Bu həftənin əvvəlindən neft qiymətləri təxminən 5% ucuzlaşıb.

Banco.az xəbər verir ki,  ABŞ-ın tariflərinin qlobal iqtisadiyyat üçün mümkün nəticələri ilə bağlı investorların narahatlığı səbəbindən neft qiymətləri həftəni iyunun sonundan bəri ən böyük enişlə başa vurdu.

Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti  66,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,09 dollar (0,14%) aşağıdır. Cümə axşamı bu kontraktların qiyməti 0,46 dollar (0,69%) ucuzlaşaraq 66,43 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI neftinin fyuçersləri 0,13 dollar (0,2%) ucuzlaşaraq 63,75 dollar/barelə bərabər olub.

Əvvəlki sessiyanın yekunlarına görə, bu kontraktların dəyəri 0,47 dollar (0,73%) ucuzlaşaraq 63,88 dollar/barel təşkil edib.