Çərşənbə günü səhər neft qiymətləri bir qədər aşağı düşür, investorlar ABŞ-Çin ticarət danışıqlarının nəticələrini qiymətləndirir, tərəflərin rəsmi açıqlamalarını gözləyirlər.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı avqust fyuçerslərinin qiyməti 0,1 dollar (0,15%) ucuzlaşaraq 66,77 dollar/barelə bərabər olub. Çərşənbə axşamı bu kontraktlar 0,17 dollar (0,3%) ucuzlaşaraq 66,87 dollar/barelə düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin iyul fyuçerslərinin qiyməti 0,03 dollar (0,05%) ucuzlaşaraq 64,95 dollar/barelə bərabər olub. Çərşənbə axşamı sessiyanın yekunları üzrə bu müqavilələrin dəyəri 0,31 dollar (0,5%) azalaraq 64,98 dollar/barelə düşüb.