Dünya bazarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarında neft ucuzlaşıb

Londonun ICE Futures birjasında Brent markalı avqust fyuçerslərinin qiyməti 0,56 dollar (0,71%) ucuzlaşaraq bir barel üçün 77,8 dollar təşkil edib. Bazar ertəsi Brent markalı neft 2,75 dollar (3,4%) ucuzlaşaraq 78,36 dollar/barel olub.

Banco.az xəbər verir ki, bu vaxta qədər Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarında WTI markalı neftin iyul fyuçerslərinin qiyməti 0,66 dollar (0,89%) ucuzlaşaraq bir barelə görə 73,56 dollar təşkil edib. Bir gün əvvəl fyuçers 2,77 dollar (3,6%) ucuzlaşaraq 74,22 dollar/barel olub.

Brent müqaviləsi sonuncu ticarətini fevralın 5-dən, WTI - fevralın 7-dən bəri ən aşağı səviyyədə başa vurub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et