Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,58 dollar yaxud 3,30% ucuzlaşaraq 46,37 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 1,76 dollar və ya 3,48% ucuzlaşaraq 48,78 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 53 dollar/barel olacağı gözlənilir.