Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,11 dollar, yaxud 0,39% ucuzlaşaraq 28,35 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 0,88 dollar və ya 3,06% ucuzlaşaraq 27,88 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 29 dollar/barel olacağı gözlənilir.