Neft qiymətləri Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar tədarükdə mümkün fasilələrlə bağlı narahatlıqlar səbəbindən ardıcıl beşinci ticarət sessiyasında bahalaşıb.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında oktyabr ayında Brent markalı neftin bir barelinin qiyməti 0,22 dollar (0,3%) bahalaşaraq 79,88 dollar olub. Cümə günü Brent markalı neftin qiyməti 0,5 dollar (0,6%) artaraq 79,66 dollar/barelə çatıb.
Bu vaxta qədər WTI markalı neftin sentyabr fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,36 dollar (0,5%) bahalaşaraq 77,2 dollar/barelə çatıb. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,65 dollar (0,9%) artaraq 76,84 dollar olub.
Bizi sosial şəbəkələrdən izləyin!!