Dünya bazarında neft bahalaşmaqda davam edir | Banco.az

Dünya bazarında neft bahalaşmaqda davam edir

Müəllif:Mehin Qasımova/Banco.az

Neft qiymətləri ABŞ və Çində sənaye fəallığının artması siqnalları ilə bir gün əvvəl artdıqdan sonra çərşənbə axşamı da yüksəlməyə davam edir.

Banco.az xəbər verir ki,  Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin dəyəri bir barel üçün 87,85 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,43 dollar (0,49%) bahadır. Bazar ertəsi bu müqavilələr bir barel üçün 0,42 dollar (0,5%) artaraq 87,42 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin may fyuçerslərinin qiyməti bu vaxta qədər 0,44 dollar (0,53%) artaraq 1 barelə görə 84,15 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri 0,54 dollar (0,7%) artaraq bir barel üçün 83,71 dollar olub ki, bu da oktyabrın 27-dən etibarən maksimumdur.

Ən sərfəli kredit üçün müraciət et

Neft bazarı OPEC+-dan xəbər gözləməkdə davam edir. Aprelin 3-də yenidən toplanacaq koalisiya dövlətləri, çox güman ki, mövcud istehsal məhdudiyyətlərini qoruyub saxlayacaqlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et