Dünya bazarında neft bahalaşır | Banco.az

Dünya bazarında neft bahalaşır

Cümə axşamı günü ticarətdə neftin qiyməti ABŞ-da yüksək tələbat siqnalları sayəsində yüksəlir.

Banco.az xəbər verir ki, ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 6,01 milyon barrel azalaraq 420,7 milyon barrelə düşüb. Avqustun 15-də bitən həftədə benzin ehtiyatları 2,72 milyon barrel azalıb, distillat ehtiyatları isə 2,34 milyon barel artıb.

Londonun ICE Futures birjasında Brent markalı oktyabr fyuçersləri 0,24 dollar (0,36%) bahalaşaraq 67,08 dollar/barel təşkil edib. Çərşənbə günü Brent 1,05 dollar (1,6%) bahalaşaraq 66,84 dollar/barelə çatıb.

Bu vaxta qədər WTI markalı neftin oktyabr fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasının elektron hərraclarında 0,28 dollar (0,45%) bahalaşaraq bir barelə görə 62,99 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilənin qiyməti 0,94 dollar (1,52%) artaraq 62,71 dollar/barel təşkil edib.