Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,34 dollar yaxud 0,78% bahalaşaraq 43,76 dollar/barel təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

"Brent" markalı neft isə 0,25 dollar və ya 0,53% bahalaşaraq 47,44 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.