Çərşənbə günü səhər neft qiymətləri əvvəlki iki gündə kəskin enişdən sonra bir qədər bahalaşıb.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı fevral fyuçersləri 0,05 dollar (0,08%) bahalaşaraq 61,99 dollar/barel təşkil edib. Çərşənbə axşamı Brent 0,55 dollar (0,88%) ucuzlaşaraq 61,94 dollar/barelə düşüb.
Nyu-York əmtəə birjasında (NYMEX) bu vaxta qədər WTI markalı neftin yanvar fyuçersləri 0,05 dollar (0,09%) bahalaşaraq bir barelə görə 58,30 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,63 dollar (1,07%) ucuzlaşaraq 58,25 dollar olub.
