Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Müəllif:Mehin Qasımova/Banco.az

Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 85,64 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,3 dollar (0,35%) çoxdur. Cümə günü bu kontraktlar 0,08 dollar (0,1%) azalaraq 85,34 dollar/barel olub.

Banco.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) səhər saatlarında elektron hərraclarda WTI markalı neftin aprel fyuçerslərinin qiyməti bir barelə görə 0,35 dollar (0,43%) artaraq 81,39 dollar olub. Ötən sessiyanın sonunda bu müqavilələrin qiyməti 0,22 dollar (0,3%) azalaraq 1 barelə görə 81,04 dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et