Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Müəllif:Mehin Qasımova/Banco.az

Londonun ICE Futures birjasında Brent neftinin may fyuçerslərinin qiyməti bir barel üçün 84,11 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,08 dollar (0,1%) çoxdur. Çərşənbə günü bu kontraktların qiyməti 2,11 dollar (2,6%) artaraq 84,03 dollar/barelə çatıb.

Banco.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) səhər saatlarında elektron hərraclarda WTI markalı neftin aprel fyuçerslərinin qiyməti bir barelə görə 0,02 dollar (0,03%) artaraq 79,74 dollar olub. Ötən sessiyanın sonunda bu kontraktlar 2,16 dollar (2,8%) bahalaşaraq 79,72 dollar/barelə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et