Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,21 dollar (0,32%) bahalaşaraq 65,09 dollar/barelə çatıb. Bazar ertəsi bu müqavilələr bir barel üçün 0,12 dollar (0,2%) artaraq 64,88 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində may ayı üçün WTI neftinin fyuçersləri 0,24 dollar (0,39%) artaraq 61,77 dollar/barelə satılır. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin qiyməti 0,03 dollar artaraq bir barel üçün 61,53 dollar təşkil edib.