Dünya bazarında bu məhsulların bahalaşması gözlənilir | Banco.az

Dünya bazarında bu məhsulların bahalaşması gözlənilir

Müəllif - Aida İsaq, Banco.az

Cari ildə dünya bazarında şəkər və portağalın qiyməti bahalaşması gözlənilir.

Banco.az xəbər verir ki, bu barədə Rusiya İqtisad Universitetinin dosenti, ekspert Plexanova Mariya Dolqova fikirlərini bölüşüb. Onun sözlərinə görə, Braziliyada benzinin bahalaşması bir çox istehlakçıları bioyanacaq və etanola keçməyə məcbur etdiyi üçün bu şəkərin qiymətinin artmasına səbəb olacaq. Ekspert həmçinin şəkərin bahalaşmasını Braziliya realının ABŞ valyutası qarşısında möhkəmlənməsi ilə əlaqələndirib. Hindistandakı əlverişsiz hava şəraiti və Çində Kovid-19 məhdudiyyətlərinin aradan qaldırıması fonunda şəkərə təlabatın artması da buna təsirsiz ötüşmür. Portağalın qiymətinə gəlincə isə ötən ilin hava şəraiti ilə əlaqədar 2021-ci illə müqayisədə onların qiyməti təxminən 1,5 dəfə bahalaşıb. Ekspert son olaraq bu il məhsullarla bağlı ürəkaçan vəziyyətin gözlənilmədiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram