Dünya Bankı:Türkiyədə zəlzələyə davamlı binaların inşası üçün 465 mlrd. dollar tələb edilir | Banco.az

Dünya Bankı:Türkiyədə zəlzələyə davamlı binaların inşası üçün 465 mlrd. dollar tələb edilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankının hesablamalarına görə, Türkiyədə evləri təhlükəsiz etmək üçün 465 mlrd. dollar lazımdır.

Banco.az xəbər verir ki, Dünya Bankı bu barədə 2021-ci ilin dekabrında hesabat dərc edib.

Hesabata görə, milyonlarla şəxsi mülk təcili olaraq gücləndirilməlidir.

Türkiyədə 6,7 milyon yaşayış binasının yalnız 4%-i təmir olunub.

Xatırladaq ki, Dünya Bankı zəlzələdən sonra Türkiyəyə 1,78 milyard dollar yardım vəd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram