Dünya Bankının yeni rəhbəri bəlli oldu | Banco.az

Dünya Bankının yeni rəhbəri bəlli oldu

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankının yeni rəhbəri Ajay Banqa olub.

Banco.az xəbər verir ki, Dünya Bankının İcraçı Direktorlar Şurası ABŞ-dan olan namizəd Ajay Banqanı bankın yeni sədri təyin edib.

Bu barədə bankdan rəsmi bəyanat yayımlanıb. Bəyanatda Ajay Banqanın Dünya Bankının 14-cü prezidenti olduğu qeyd edilib.

Bəyanatda həmçinin bildirilib ki, Dünya Bankının İcraçı Direktorlar Şurası iyunun 2-dən etibarən Ajay Banqanı beş il müddətinə Dünya Bankının sədri vəzifəsinə seçib.

Qeyd edək ki, Ajay Banqa son olaraq “General Atlantic”in vitse-prezidenti vəzifəsində çalışmış, daha əvvəl isə təxminən 24 min işçisi olan “Mastercard”ın prezidenti və baş icraçı direktoru (CEO) kimi xidmət göstərmişdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram