Dünya Bankının yeni prezidenti Cim Yonq Kim seçilib | Banco.az

Dünya Bankının yeni prezidenti Cim Yonq Kim seçilib

 Dünya Bankı (WB) Qrupunun prezidenti Cim Yonq Kim (Jim Yong Kim) növbəti 5 ildə də bu vəzifəni icra edəcək. 

C.Y.Kim öz vəzifəsinə 2017-ci ilin iyulun 1-dən başlayacaq.

Artıq WB-nin Direktorlar Şurası C.Y.Kimin vəzifəsini təsdiq edib.

Ən sərfəli kredit üçün müraciət et

C.Y.Kim WB-də 2012-ci ilin iyulundan işləməyə başlayıb. Onun prezidentliyi dövründə Bankın gəlirlərinin 40%-ə qədər artdığı, inzibati xərclərin isə 400 mln. dollar azaldığı bildirilir. 

Xatırladaq ki, hazırda WB Azərbaycanda 11 layihəni maliyyələşdirir.

Mənbə : Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et