Dünya Bankının sədri istefa verib | Banco.az

Dünya Bankının sədri istefa verib

Dünya Bankının sədri Jim Yong Kim 6 ildir işlədiyi vəzifəsini tərk edəcəyini bildirib.

Dünya Bankının saytında verilən məlumata görə, Kim vəzifəsindən 1 Fevraldan etibarən ayrılacaq.

Açıqlamada fikirlərinə yer verilən Kim, dünyada yoxsulluğu sona çatdırmaq missiyası naminə işini ehtirasla görən insanlarla dolu bu qurumda işləməyin böyük fəxr olduğunu bildirərək, "Bütün dünyada ifrat yoxsulluq, iqlim dəyişikliyi, epidemiyalar, qaçqınlar artarkən, Dünya Bankının işləri heç olmadığı qədər böyük bir önəmə sahibdir. Bu qurumun sədri kimi xidmət göstərmək mənim üçün böyük şərəf idi", - ifadələrini istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Kim, vəzifəsindən ayrılmasının ardından başqa bir şirkətlə, inkişaf etməkdə olan ölkələrdə infrastruktur investisiyalarının artırılması üzərində işlərini davam etdirəcəyi məlumatını da verib.

Koreya mənşəli amerikalı olan Kim, 2012-nin iyul ayında sədr vəzifəsinə başlamışdı. Kim, 2017-ci ildə ikinci dəfə bu vəzifəyə seçilmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et