Müəllif - Aida İsaq, Banco.az
Ukraynanın bərpa olunmaq üçün yüz milyardlarla dollara ehtiyacı olacaq.
Banco.az xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Devid Malpas bildirib. Onun sözlərinə görə, müvafiq məbləğə yalnız bərpa üçün deyil həmçinin hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq üçün ehtiyac var. O, yalnız bundan sonra gələcək haqqında düşünməyin mümkün olacağını vurğulayıb. Bank rəhbəri ötən ilin fevral ayının sonundan Dünya Bankının Ukraynaya qeyri-hərbi yardım üçün 21 milyard dollar göndərdiyini qeyd edib. Eyni zamanda o, gələcəkdə Avropa İttifaqına üzvlük üçün bazar və logistika baxımından əlaqələrin qurulmasının çox vacib olduğuna diqqət çəkib.
Bizi sosial şəbəkələrdən izləyin!!