Dünya Bankının rəhbəri istefaya gedir | Banco.az

Dünya Bankının rəhbəri istefaya gedir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankının rəhbəri Malpassın istefaya gedəcəyi bildirilib.

Banco.az xəbər verir ki, bu barədə Dünya Bankı rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir ki, prezident Devid Malpass iyunun 30-da başa çatacaq maliyyə ilinin sonuna qədər vəzifəsini tərk etmək niyyəti barədə icraçı direktorlar şurasına məlumat verib.

Malpassın səlahiyyət müddətinin iqtisadi inkişafı artırmaq, yoxsulluğu azaltmaq, həyat standartlarını yaxşılaşdırmaq və hökumətlərin borc yükünü yüngülləşdirmək üçün daha güclü strategiyalar axtarmağa yönəldiyini vurğulayan bəyanatda Dünya Bankı Qrupunun sözügedən 4 il ərzində qlobal böhranlara operativ reaksiya verdiyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et