Dünya Bankının prezidenti tənəzzüllə bağlı xəbərdarlıq edib | Banco.az

Dünya Bankının prezidenti tənəzzüllə bağlı xəbərdarlıq edib

Tamara Mustafayeva, Banco.az

Dünya Bankının prezidenti David Malpass avronun zəifləməsi və yüksək inflyasiyanın Avropada resessiya ehtimalını artırdığını bəyan edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Stenford Universitetində keçirilən tədbirdə çıxış edən Malpass hazırda dünyanın bir sıra böhranlarla üzləşdiyini bildirib.

İnkişaf etməkdə olan dünya üçün ən aktual təhlükənin qlobal tənəzzülə çevrilən qlobal artımın kəskin geriləməsi olduğunu bildirən Malpass bir çox inkişaf etməkdə olan ölkələrin pandemiyadan əvvəlki dövrdəki adambaşına düşən gəlir səviyyəsinə hələ də çata bilmədiklərini qeyd edib.

ABŞ iqtisadiyyatının bu ilin ilk iki rübündə daraldığını xatırladan sədr Kovid-19 pandemiyasına qarşı tətbiq edilən karantin tədbirləri səbəbindən Çinin iqtisadi artımının da kəskin şəkildə ləngidiyini söyləyib.

O, həmçinin Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbiylə Avropanın enerji qiymətlərində qəfil artımla qarşı-qarşıya qaldığına diqqət çəkərək, "avronun zəifləməsi və yüksək inflyasiya Avropada iqtisadi tənəzzül ehtimalını artırıb və Avrozonanın uzunmüddətli inkişaf perspektivlərini daha da məhdudlaşdırıb", deyə vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Malpass inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş iqtisadiyyatların üzləşdiyi inflyasiya, ləngiyən artım, aşağı məhsuldarlıq, qlobal enerji qaynaqlarının tükənməsi və yüksək faiz dərəcələri kimi tendensiyalarının yaratdığı nəticələrlə 2023-cü ildən sonra da üzləşmə ehtimalı olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et