Dünya Bankının prezidenti ABŞ üçün defolt ehtimalını qiymətləndirib | Banco.az

Dünya Bankının prezidenti ABŞ üçün defolt ehtimalını qiymətləndirib

Müəllif - Aida İsaq, Banco.az

Dünya Bankının prezidenti David Malpas ABŞ üçün defolt proqnozunu açıqlayıb.

Banco.az xəbər verir ki, tənzimləyici qurumun rəhbəri ABŞ üçün defolt proqnozunun reallaşacağını gözləmədiyini bildirib. O, həmçinin, Birləşmiş Ştatların defoltun qarşısını ala biləcək həll yolunu tapacağına ümid etdiyini səsləndirib.

Xatırladaq ki, daha öncə Ağ Evin mətbuat katibi Karine Jean-Pierre ABŞ Konqresi ilə dövlət borcunun yuxarı həddi barəsində razılaşmanın olmamasına baxmayaraq, Birləşmiş Ştatların heç vaxt defolt vəziyyəti ilə üzləşməyəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et