Dünya Bankından Ukraynaya 200 milyon dollar kredit | Banco.az

Dünya Bankından Ukraynaya 200 milyon dollar kredit

Ukrayna, kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə Dünya Bankından 200 milyon dollar kənd təsərrüfatı krediti alıb.

Ukraynanın Maliyyə naziri Oksana Markarovanın "Facebook" səhifəsində paylaşdığı məlumata görə, Ukrayna, kənd təsərrüfatı bazasını gücləndirmək və kənd təsərrüfatı sahələrinin satışına dair qadağanın ləğv edilməsinə hazırlaşmaq üçün Dünya Bankından 200 milyon dollar kredit alıb.

Prezident Vladimir Zelenskiy, 8 Avqustda verdiyi açıqlamada qadağanın bu il ərzində aradan qaldırılacağını söyləmişdi.

Marja