Dünya Bankından qlobal tənəzzül xəbərdarlığı | Banco.az

Dünya Bankından qlobal tənəzzül xəbərdarlığı

Tamara Mustafayeva, Banco.az

Dünya Bankı yüksək inflyasiyaya qarşı əksər mərkəzi bankların eyni anda faiz dərəcələrini artırması nəticəsində 2023-cü il üzrə qlobal tənəzzül riskinin artdığını bildirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Qlobal Tənəzzül Yaxındırmı?" başlıqlı yeni hesabatla bağlı bankdan verilən bəyanatda dünya mərkəzi banklarının bu il eyni vaxtda faiz dərəcələrini ötən 50 ildə görünməmiş şəkildə artırdıqları bildirilib.

Bu tendensiyanın gələn il də davam etmə ehtimalına diqqət çəkən bəyanatda hazırda gözlənilən faiz artımlarının və digər siyasət tədbirlərinin qlobal inflyasiyanın pandemiyadan əvvəlki səviyyələrə qayıtması üçün kifayət etmədiyi qeyd olunub.

Dünyanın 3 böyük iqtisadiyyatında kəskin geriləmə müşahidə olunur

Tədarük çatışmazlığı və əmək bazarı təzyiqləri səngimədikcə, nüvə inflyasiyasının 2023-cü ildə 5 faizə çata biləcəyi bildirilib. Bəyanatda həmçinin vurğulanıb ki, faiz dərəcələrinin daha da artırılması və maliyyə bazarındakı gərginlik qlobal ümumi daxili məhsulun (ÜDM) artımını 2023-cü ildə 0,5 faizədək ləngidə bilər ki, bu da adambaşına düşən 0,4 faiz azalmaya bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Bəyanatda həmçinin, “Dünyanın 3 ən böyük iqtisadiyyatı - ABŞ, Çin və Avrozona kəskin şəkildə yavaşlayır”, ifadəsindən də istifadə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et