Tamara Mustafayeva, Banco.az
Ukraynaya dəyən maddi ziyan 60 milyard dollara çatıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Dünya Bankı və Ukrayna hökuməti, o cümlədən bir neçə ölkələdən nümayəndələrin də iştirakı ilə Ukraynaya dəstəklə bağlı müzakirələr üçün dəyirmi masa iclası keçirilib.
Ukrayna prezidenti Vladimir Zelenski video konfrans yolu ilə qoşulduğu iclasda Rusiyanın hücumu səbəbindən ölkəyə dəyən ziyandan bəhs edib. O, ölkəsinin iqtisadi itkilərini bərpa etmək üçün illik 7 milyard dollara ehtiyac olduğunu açıqlayıb.
Dünya Bankının sədri Devid Melpas isə Rusiyanın hücumu ilə bağlı Ukraynada tikililərə və infranstruktura vurulan maddi zərərin təxminən 60 milyard dollara çatdığını bildirib. Malpas xatırladıb ki, onlar Ukraynanın əsas dövlət xidmətlərinin davam etdirilməsinə dəstək üçün artıq 3 milyard dollardan çox vəsait səfərbər ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!