Dünya Bankı Ukraynanın 2025-ci ildə mümkün iflasını elan edib | Banco.az

Dünya Bankı Ukraynanın 2025-ci ildə mümkün iflasını elan edib

Müəllif:Mehin Qasımova/Banco.az

Qərb ölkələri  Ukraynanın borclarını silməkdən imtina etsələr , ölkə 2025-ci ildə iflasla üzləşə bilər.

Banco.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dünya Bankının mənbələrində qeyd edilib.

Məlumata görə, vəsaitlərin ayrılması ilə bağlı sənəd layihəsində Ukraynanın dövlət maliyyəsinin fəlakətli vəziyyəti açıq şəkildə göstərilib.Buna səbəb iqtisadiyyatda tənəzzül və kənar dəstəyin həcminin azalması olub.

Bununla belə, 2025-ci ildə Qərb kreditorları Ukraynanın borclarını, o cümlədən özəl şirkətlərin və bankların borclarını silməkdən imtina etsələr, ölkə iflasla üzləşə bilər.

Qeyd edək ki, martın 29-da Ukrayna Dünya Bankından kredit çərçivəsində 1,5 milyard dollar tranş alıb.Vəsait Ukraynanın humanitar, sosial ehtiyacları və büdcə xərcləri üçün istifadə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et